Biləsuvar rayonunda yol tikintisinə 400 min manat ayrılıb

Biləsuvar rayonunda yol tikintisinə 400 min manat ayrılıb Prezidenti İham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
3 Avqust , 2016 18:25
Biləsuvar rayonunda yol tikintisinə 400 min manat ayrılıb

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 400 min manat ayrılıb.

Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi