Biləsuvar Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Biləsuvar Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb Bakı. 18 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Biləsuvar şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Daxili siyasət
18 Sentyabr , 2018 17:36
Biləsuvar Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Biləsuvar şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Biləsuvar şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi