Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nda dəyişiklik edib.
Daxili siyasət
518
26 Fevral , 2020 20:57
Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nda dəyişiklik edib. 

"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qeyd olunub ki, bu Qayda “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi ilə bağlı məsələləri tənzimləyir.

Dəyişikliyə əsasən, sözügedən qərarın 2.4-cü bəndi ləğv edilib. Ləğv edilən bənddə əsasnamə ilə müəyyən olunmuş hallardan başqa, yalnız nizamnamələrinə və əsasnamələrinə görə Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ olan təşkilatların blanklarında Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə edilməsinə yol verildiyi deyilirdi.

Son xəbərlər

Orphus sistemi