Azərbaycana gətirilən bəzi mal və avadanlıqlar ƏDV-dən azad olunub

Azərbaycana gətirilən bəzi mal və avadanlıqlar ƏDV-dən azad olunub Qərar 2019-cu il yanvarın 1-dək qüvvədədir
Daxili siyasət
17 Mart , 2015 13:53
Azərbaycana gətirilən bəzi mal və avadanlıqlar ƏDV-dən azad olunub

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" qərarda dəyişiklik edib.

"Report"un xəbərinə görə, dəyişiklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərarla Azərbaycan ərazisinə gətirilən dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin tikintisi üçün layihə çərçivəsində "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin təsdiqedici sənədləri əsasında idxal olunan mal və avadanlıqlar əlavə dəyər vergisindən azad olunub.

Qeyd edək ki, bu qərar 2019-cu il yanvarın 1-dək qüvvədədir.

Son xəbərlər

Orphus sistemi