“Beyin Mərkəzlərinin Forumu: ABŞ və Xəzər regionu” adlı tədbir keçiriləcək

“Beyin Mərkəzlərinin Forumu: ABŞ və Xəzər regionu” adlı tədbir keçiriləcək Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ABŞ-dakı tərəfdaşı olan Xəzər Siyasi Mərkəzi (Caspian Policy Center) iyulun 30-u Bakı vaxtı ilə saat 17:00-da “Beyin Mərkəzlərinin Forumu: ABŞ və Xəzər regionu” adlı vebinar keçirəcək.
Daxili siyasət
306
28 İyul , 2020 15:54
“Beyin Mərkəzlərinin Forumu: ABŞ və Xəzər regionu” adlı tədbir keçiriləcək

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ABŞ-dakı tərəfdaşı olan Xəzər Siyasi Mərkəzi (Caspian Policy Center) iyulun 30-u Bakı vaxtı ilə saat 17:00-da “Beyin Mərkəzlərinin Forumu: ABŞ və Xəzər regionu” adlı vebinar keçirəcək.

Mərkəzdən “Report”a verilən məlumata görə, vebinar zamanı Xəzər regionu ölkələrinin beyin mərkəzlərinin nümayəndələri və ABŞ ekspertləri regionun geostrateji vəziyyətini müzakirə edəcəklər.

BMTM-lə tərəfdaşlıq şəklində keçiriləcək vebinarda Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev və İdarə Heyətinin üzvü Esmira Cəfərova çıxış edəcəklər.

Tədbirin moderatoru ABŞ-ın ATƏT-in Minsk qrupundakı sabiq həmsədri, Xəzər Siyasi Mərkəzinin üzvü Riçard Hoqland olacaq.

Vebinar BMTM-in “Facebook” səhifəsində canlı olaraq ingilis dilində və “Youtube” səhifəsində canlı olaraq Azərbaycan dilində yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi