Yuxarı

​Beşinci çağırış Naxçıvan Ali Məclisinin və komitələrinin rəhbərliyi tam formalaşıb - SİYAHI

Sessiyada komitələrin sədrləri, sədr müavinlər və üzvləri seçiliblər

Bakı. 18 noyabr. REPORT.AZ/ Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.

"Report"un məlumatına görə, sessiyaya 12 saylı Yuxarı Daşarx Seçki Dairəsindən deputat seçilən Tariyel Talıbov sədrlik edib.

İclasda Ali Məclisə sədr seçilmək üçün Vasif Talıbovun namizədliyi irəli sürülüb. V.Talıbov açıq səsvermə ilə Ali Məclisə sədr seçilib. Sonra 10 saylı Şərur şəhər Seçki Dairəsindən deputat Azər Yadulla oğlu Zeynalov Ali Məclis sədrinin birinci müavini, 21 saylı Məzrə Seçki Dairəsindən deputat Mirhəşim Əhməd oğlu Seyidov isə Ali Məclis sədrinin müavini seçiliblər.

Sessiyada komitələrin sədrləri, sədr müavinlər və üzvləri də müəyyən olunublar: 

I. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsi

1. Səfərli Hacıfəxrəddin Yəhya oğlu – sədr

2. Babayev Əmir Baxşəli oğlu – müavin

3. Cəfərli Elman Yusif oğlu – üzv

4. İbrahimov Qadir Abbas oğlu – üzv

5. Niftəliyev Hüseyn Əsrafil oğlu – üzv

6. Məmmədli Turan Bəyməmməd qızı – üzv

7. Allahverdiyeva Aidə Məhərrəm qızı – üzv

II. İqtisadi siyasət komitəsi

1. Zeynalov Azər Yadulla oğlu – sədr

2. Məmmədov Nazim Məmməd oğlu – müavin

3. Möhbəliyev Telman Əli oğlu – üzv

4. Məmmədov İsa Mustafa oğlu – üzv

5. Qasımov Arif Mikayıl oğlu – üzv

6. Abbasov Məhərrəm Hüseyn oğlu – üzv

7. Quluyeva Sevda Rüstəm qızı – üzv

8. Vəliyev Musa Məmməd oğlu – üzv

III. Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsi

1. Seyidov Mirhəşim Əhməd oğlu – sədr

2. Talıbov Tariyel Hüseynəli oğlu – müavin

3. Bababəyli Nazim Səfərəli oğlu – üzv

4. Əliyev Tahir Rza oğlu – üzv

5. Əliyeva Vüsalə Abazər qızı – üzv

6. Fərəcov Fərəc Rza oğlu – üzv

7. Cəfərli Əhəd Məmməd oğlu – üzv

IV. Sosial siyasət, elm, təhsil və mədəniyyət məsələləri komitəsi

1. Məhərrəmov Saleh Heydər oğlu – sədr

2. Həsənli Oruc Qafar oğlu – müavin

3. Həşimli Hüseyn Məmməd oğlu – üzv

4. Əliyev İsmayıl İsrafil oğlu – üzv

5. Mustafayeva İlhamə Rafiq qızı – üzv

6. Rzayev Qurbət İsmayıl oğlu – üzv

7. Dünyamalıyev Qoçəli İsa oğlu – üzv

8. Allahverdiyeva Həbibə Rəşad qızı – üzv

V. Yerli özünüidarə komitəsi

1. Babayev Tofiq Süleyman oğlu – sədr

2. Məmmədov Namiq Qəzənfər oğlu – müavin

3. Zeynalov Eldar Əhəd oğlu – üzv

4. Məmmədov Rizvan Təmo oğlu – üzv

5. Əliyev Asim Yediyar oğlu – üzv

6. Tağıyev Asəf Tağı oğlu – üzv

7. Məmmədov Ehtimad Cəfər oğlu – üzv

VI. İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi

1. İbrahimov Anar Adil oğlu – sədr

2. Rzayeva Yazgül Həsənəli qızı – müavin

3. Məmmədova Yeganə Qurban qızı – üzv

4. Talıbov Seymur Vasif oğlu – üzv

5. Əzimov Behruz Nurəddin oğlu – üzv

6. İsmayılov Cəbi Əziz oğlu – üzv

7. Həsənov Nüsrət Firudin oğlu – üzv

Qeyd edək ki, İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Seymur Talıbov Vasif Talıbovun oğludur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi