Yuxarı
    Bağlamaq

    Bərdədə seçici aktivliyi müşahidə olunur - FOTO

    Səsverməni yerli və xarici müşahidəçilər izləyir

    Bərdə. 26 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda Referendum üzrə səsvermə 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd Dairə Seçki Komissiyaları üzrə təşkil olunub.
    "Report"un Qarabağ bürosunun məlumatına görə, 93 saylı Bərdə şəhər DSK üzrə 50 seçki məntəqəsi var. Məntəqələr üzrə 40 mindən çox seçici qeydiyyata alınıb. Referendum üzrə səsverməni 11 seçki məntəqəsindən onlayn izləmək üçün veb kameralar quraşdırılıb. Referendum üzrə səsverməni bütün məntəqələrdə yerli və xarici müşahidəçilərlə yanaşı müxalifət partiyalarının nümayəndələri də izləyir.

    Referenduma səsverməni izləmək üçün 535 müşahidəçi qeydiyyata alınıb. DSK üzrə saat 10-a qədər 6 398 seçici səsvermədə iştirak edib ki, bu da seçicilərin 14.3 faizini təşkil edir.

    94 saylı Bərdə kənd DSK üzrə Referendum üzrə səsvermə 54 seçki məntəqəsində keçirilir. DSK üzrə 49 221 seçici qeydiyyatdan keçib. Səsverməni izləmək üçün 550 müşahidəçi qeydiyyata alınıb. DSK üzrə saat 10-a dək 6 374 seçici səsvermədə iştirak edib ki, bu da 14.1 faiz təşkil edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi