Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik edib

Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik edib Bakı. 20 aprel. REPORT.AZ/ Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
20 Aprel , 2018 19:01
Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik edib

Bakı. 20 aprel. REPORT.AZ/ Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan, Bəhreyn xalqı və hökuməti adından səmimi qəlbdən təbrik edirəm. Bu seçim ölkəni daha parlaq gələcəyə aparan liderlik bacarığınızı qiymətləndirən xalq tərəfindən Sizə göstərilən yüksək etimadı nümayiş etdirir.

Ali dövləti vəzifənizi yerinə yetirməkdə, xalqın yüksəliş və inkişaf amallarını həyata keçirmək işində Sizə uğurlar diləyirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına inkişaf və rifah arzulayıram.

Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi