BƏƏ-nin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ-nin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Bakı. 14 aprel. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
14 aprel 2018 11:29
BƏƏ-nin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. 14 aprel. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri xalqının Azərbaycan xalqının sevincinə şərik olduğunu dost xalqınıza çatdırmağı xahiş edirəm.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, davamlı uğurlar, dost xalqınıza isə xeyir-bərəkət və əmin-amanlıq arzu edirəm.

Xahiş edirəm, səmimi salamlarımı, ən yüksək ehtiramımı qəbul edin”.

Son xəbərlər

Orphus sistemi