​Müsavat funksioneri: "Bəzi məsələlərlə bağlı bütün siyasi partiyalarla, o cümlədən YAP-la müzakirələrə hazırıq"

​Müsavat funksioneri: "Bəzi məsələlərlə bağlı bütün siyasi partiyalarla, o cümlədən YAP-la müzakirələrə hazırıq" "Bizə olunan təklifi qəbul etmiriksə, deməli, kifayət qədər səbəbləri var"
Daxili siyasət
15 Fevral , 2016 16:59
​Müsavat funksioneri: Bəzi məsələlərlə bağlı bütün siyasi partiyalarla, o cümlədən YAP-la müzakirələrə hazırıq

Bakı. 15 fevral. REPORT.AZ/ "Hazırda Müsavat Partiyası hər hansı partiya ilə blok yaratmaqla bağlı danışıqlar aparmır. Amma Müsavat Partiyasının seçki məsələləri ilə bağlı N!DA Vətəndaş Hərəkatı və REAL Hərəkatı ilə sazişi qüvvədədir. Yəni indiki halda bundan başqa hər hansı danışıq aparılmır".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O bildirib ki, Müsavat Partiyasının mövcud birliklərdə təmsil olunmamasının səbəbləri var: "Biz real müxalifət qüvvələri ilə müzakirələrə hazırıq. Müsavat Partiyası doğru bildiyini həyata keçirən partiyadır, bu istiqamətdə öz prinsipiallığı ilə də həmişə fərqlənib. Yəni bizə olunan təklifi qəbul etmiriksə, deməli, kifayət qədər səbəbləri var. Azərbaycan xalqının milli mənafeyinə uyğun olan məsələlərlə bağlı bütün siyasi partiyalarla, o cümlədən Yeni Azərbaycan Partiyası ilə də müzakirələrə hazırıq. Amma müxtəlif zamanlarda hakimiyyətin oyunlarında iştirak edən partiyalar bizə əməkdaşlıq təklifi edirsə, biz reallığa uyğun olaraq cavab veririk".

Son xəbərlər

Orphus sistemi