Yuxarı
    Bağlamaq

    BAXCP bələdiyyə seçkiləri ilə bağlı qərar qəbul edib

    Partiya bələdiyyə seçkilərində iştirak etməyəcək

    Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisinin sessiyası keçirilib.

    Partiyadan "Report"a verilən məlumata görə, iclasda çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev deyib ki, partiyanın İdarə Heyətində bələdiyyə seçkiləri ilə bağlı müzakirələr aparılıb: "Üzvlərimiz bu seçkilərə qatılmalı və seçilmək üçün mübarizə aparmalıdırlar".

    BAXCP-nin baş katibi Söhrab Abdullayev Ali Məclis üzvlərinə partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı İdarə Heyətinin tövsiyələrindən danışıb. Söhrab Abdullayev qeyd edib ki, aparılan müzakirələr nəticəsində BAXCP üzvlərinin öz namizədliklərini müvafiq bələdiyyələrə fərdi qaydada irəli sürmələri məqsədəuyğun hesab olunub: “BAXCP Ali Məclisi xeyli öncə bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. İndi isə iştirakın forması barədə qərar qəbul etməliyik”.

    Söhrab Abdullayevin çıxışından sonra BAXCP Ali Məclisi partiya üzvlərinin bələdiyyələrə fərdi qaydada namizədliklərinin irəli sürülməsi ilə bağlı qərar qəbul edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi