Baş prokurorun müavini: “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir”

Baş prokurorun müavini: “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir” Bakı. 9 oktyabr. REPORT.AZ/ “Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir. Həmin qurumla bağlı istintaq hərəkətləri aparılır”.
Daxili siyasət
9 Oktyabr , 2018 10:37
Baş prokurorun müavini:  “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir”
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ “Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam etdirilir. Həmin qurumla bağlı istintaq hərəkətləri aparılır”.

“Report” xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, mütəxəssislərdən ibarət işçi qrupu yaradılıb, istintaqın obyektiv aparılması tam təmin ediləcək.

Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Bu ayın əvvəlində “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Son xəbərlər

Orphus sistemi