Baş prokurorun müavini: "Bu il KİV əməkdaşlarının 1423 sorğusu cavablandırılıb"

Baş prokurorun müavini: "Bu il KİV əməkdaşlarının 1423 sorğusu cavablandırılıb" “Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və mərdliyi hesabına 44 günlük Vətən müharibəsində zəfər əldə etmişik. Bu gün də dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə
Daxili siyasət
13 Oktyabr , 2021 15:34
Baş prokurorun müavini: Bu il KİV əməkdaşlarının 1423 sorğusu cavablandırılıb
Heydər Məmmədov
0 : 00
0 : 00

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və mərdliyi hesabına 44 günlük Vətən müharibəsində zəfər əldə etmişik. Bu gün də dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir”.

“Report”un xəbərinə görə, bunu Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda keçirilən tədbirdə Baş prokurorun müavini Heydər Məmmədov deyib.

O bildirib ki, Müzəffər Azərbaycan Ordusu müharibədə qələbə qazanıb: “Prokurorluq orqanları media orqanları ilə əlaqələri hər an genişləndirməyə çalışır. Bu il KİV əməkdaşlarının 1423 sorğusu cavablandırılıb. Eyni zamanda vətəndaşlarla aktiv iş şəraitinin qurulması üçün instaqram səhifəsində vətəndaşlarla sorğu-sual təşkil edilib”.

Son xəbərlər

Orphus sistemi