Baş Prokurorluq tərəfindən "Özəl sektorda anti-korrupsiya standartları" mövzusuna həsr olunmuş kitab hazırlanıb
"Report"un xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev "Biznes və insan hüquqları konteksində şəffaflığın təmin olunması" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, kitab Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən hazırlanıb: "Vəsait artıq bir çox biznes subyektlərinə təqdim edilib. Qeyd olunan vəsait milli qanunvericilik beynəlxalq hüquq normaları ilə müqayisəli şəkildə təhlil edilərək və bir sıra beynəlxalq təcrübələrdən faydalanaraq hazırlanıb".