Baş Prokurorluq Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistikaları açıqlayıb

Baş Prokurorluq Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistikaları açıqlayıb “Amnistiya Aktını zəfərin mərhəmət təntənəsi kimi adlandırmaq olar. Bu, humanist bir addımdır”.
Daxili siyasət
6 Dekabr , 2021 14:43
Baş Prokurorluq Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistikaları açıqlayıb
Elnur Musayev

“Amnistiya Aktını zəfərin mərhəmət təntənəsi kimi adlandırmaq olar. Bu, humanist bir addımdır”.

“Report”un xəbərinə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.

“Amnistiya Aktı qəbul edildikdən sonra funksiyalar aidiyyatı qurumlara tapşırılıb. Bu proses haqqında ən məlumatlı qurum Baş Prokurorluqdur. Amnistiya həm cinayət törətmiş şəxslər, həm də məhkum olunmuş şəxslərə tətbiq olunub. Bu günə qədər amnitsiyanın 85 faizi məhkum olunmuş şəxslərə tətbiq edilib. Hərbi sahədə bu rəqəm 27-dir. Prokurorluq orqanları tərəfindən son bir ay ərzində 53 şəxs, FHN tərəfindən 1 halda istintaq mərhələsində amnistiya tətbiq edilib.

Ən çox Amnistiya Aktı Bakı şəhərində tətbiq edilir. Daha sonra, Salyan, Sumqayıt, Xırdalan, Gəncə və s. rayonlarda da Amnistiya Aktı tətbiq edilir. Müxtəlif rejimli çəzaçəkmə məntəqələrinə diqqət yetirilən zaman isə 5 saylı cəzaçəkmə müəssisəsi ön sıralarda gedir”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi