Baş prokuror Zakir Qaralov Masallıda vətəndaşları qəbul edib

Baş prokuror Zakir Qaralov Masallıda vətəndaşları qəbul edib Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub
Daxili siyasət
19 İyun , 2015 14:29
Baş prokuror Zakir Qaralov Masallıda vətəndaşları qəbul edib

Bakı. 19 iyun. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov bu gün Masallı rayon prokurorluğunun inzibati binasında Masallı, Lənkəran, Lerik, Astara və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib. Qurumun mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, qəbulda baş prokuror bölgədə yaşayan 50-yə yaxın vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həlli üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Baş prokurorun qəbul etdiyi vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilən cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilən qanun pozuntuları ilə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilib.

Son xəbərlər

Orphus sistemi