Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək

Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək Qəbulda Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarının sakinləri iştirak edə bilər
Daxili siyasət
149
25 Yanvar , 2016 10:16
Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək
Baş prokuror Zakir Qaralov / Report

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov yanvarın 29-da vətəndaşları qəbul edəcək. Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, qəbul Xızı rayon prokurorluğunun inzibati binasında baş tutacaq.

Qəbulda Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarının sakinləri iştirak edə bilər. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xızı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi