Yuxarı
    Bağlamaq

    Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

    Görüşdə Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər

    Bakı. 10 fevral. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Göyçay rayonunda vətəndaşları qəbul edəcək.

    Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul fevralın 17-də saat 10:00-da Göyçay şəhər Prokurorluğunun inzibati binasında keçiriləcək.

    Görüşdə Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

    Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

    Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatını və Göyçay şəhərinə gəlmələrinin təşkilini müvafiq rayon prokurorları həyata keçirəcək.

    Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi