Baş prokuror: “Azad olunmuş ərazilərdə aparılan quruculuq işlərinin miqyasının necə böyük olmasının şahidi olmamaq mümkün deyil"

Baş prokuror: “Azad olunmuş ərazilərdə aparılan quruculuq işlərinin miqyasının necə böyük olmasının şahidi olmamaq mümkün deyil" İşğaldan azad olunmuş ərazilərə səfər edərkən aparılan quruculuq işlərinin miqyasının necə böyük olmasının şahidi olmamaq mümkün deyil".
Daxili siyasət
22 iyun 2023 07:21
Baş prokuror: “Azad olunmuş ərazilərdə aparılan quruculuq işlərinin miqyasının necə böyük olmasının şahidi olmamaq mümkün deyil

"İşğaldan azad olunmuş ərazilərə səfər edərkən aparılan quruculuq işlərinin miqyasının necə böyük olmasının şahidi olmamaq mümkün deyil".

“Report”un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev iyunun 22-də işğaldan azad edilmiş Laçın şəhərində keçirdiyi əməliyyat müşavirəsində deyib.

O xatırladıb ki, torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinə başlanıb, bir sıra beynəlxalq əhəmiyyətli layihələrə start verilib, o cümlədən ağıllı şəhər və kəndlərin inşasına başlanıb, enerji infrastrukturu qurulub, Zəngilan, Füzuli və Laçın rayonlarında beynəlxalq aeroportların tikintisinə başlanılıb, bunlardan Füzuli və Zəngilan aeroportlarının tikintisi başa çatdırılaraq açılışları edilib, Laçın aeroportunun isə qısa müddətdə açılışı nəzərdə tutulur.

Baş prokuror qeyd edib ki, işğaldan azad edilmiş bütün ərazilərdə davam edən sürətli tikinti-quruculuq işləri Laçın rayonundan da yan keçməyib: “Şanlı qələbə nəticəsində azadlığa qovuşmuş digər ərazilərdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdıb, sürətli quruculuq-bərpa işlərinə başlanılıb. Laçın şəhəri qısa müddətdə işğaldan əvvəlki görkəmindən daha yaxşı görkəmə qayıtmağa başlayıb. Burada Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər yüksək zövq və keyfiyyətlə icra edilir. Bu ərazilərə səfər edərkən aparılan quruculuq işlərinin miqyasının necə böyük olmasının şahidi olmamaq mümkün deyil”.

O söyləyib ki, ölkə Prezidenti İlham Əliyevin dəfələrlə Laçın rayonuna, o cümlədən Laçın şəhərinə səfər etməsi, aparılan bərpa-quruculuq işləri ilə əyani tanış olması, bu bölgənin ölkəmiz üçün böyük önəmini göstərir.

Son xəbərlər

Orphus sistemi