Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib Ərizə və şikayətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb
Daxili siyasət
24 Aprel , 2015 14:20
Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib

Bakı. 24 aprel. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov aprelin 24-də Ağdaş rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Yevlax, Bərdə, Ağdaş, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror və Ağdaş rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Qəbulda Baş Prokurorluğun məsul əməkdaşları, habelə əlaqədar tabe prokurorlar iştirak ediblər. Baş prokuror bölgədə yaşayan 20 vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Məlumatda bildirilib ki, vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi