​Baş Polis İdarəsi:Milli Şuranın mitinqində kobud qanun pozuntusuna yol verilməyib

​Baş Polis İdarəsi:Milli Şuranın mitinqində kobud qanun pozuntusuna yol verilməyib Mitinqdə 700 nəfərə yaxın adam iştirak edib
Daxili siyasət
9 Noyabr , 2014 17:47
​Baş Polis İdarəsi:Milli Şuranın mitinqində kobud qanun pozuntusuna yol verilməyib

Bakı. 9 noyabr. REPORT.AZ/ Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsindən "Report"a verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam, həmçinin Müsavat, Xalq partiyalarının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700 (yeddi yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Son xəbərlər

Orphus sistemi