Baş nazirin müavini: "Yanğın baş verən binanın cəmi bir çıxışı var"

Baş nazirin müavini: "Yanğın baş verən binanın cəmi bir çıxışı var" “Məcburi köçkünlərin məskunlaşdığı Bakının Nizami rayonu, Babək prospektindəki binada baş verən yanğın hadisəsi araşdırılır. Etiraf edim ki, burada insanlar ağır şəraitdə yaşayırlar”.
Daxili siyasət
10 Aprel , 2019 14:30
Baş nazirin müavini: Yanğın baş verən binanın cəmi bir çıxışı var

“Məcburi köçkünlərin məskunlaşdığı Bakının Nizami rayonu, Babək prospektindəki binada baş verən yanğın hadisəsi araşdırılır. Etiraf edim ki, burada insanlar ağır şəraitdə yaşayırlar”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hadisə yerinə baxış keçirən Baş nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, məcburi köçkünlər dövlətin tikdiyi evlərə növbə ilə köçürülürlər: “İnşa edilən binalara ilk növbədə ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürüləcəklər. Bununla əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ciddi şəkildə işlər aparır. Daha çox ehtiyacı olan kateqoriyalı köçkünlər inşa olunan evlərlə təmin ediləcək. Hədəfimiz isə ondan ibarətdir ki, bütün məcburi köçkünlər evlərlə təmin olunsunlar. Bu binada təhlükəsizlik problemləri mövcuddur. Binanın cəmi bir çıxışı var. Biz mümkün olan bütün tədbirləri həyata keçirəcəyik. Bu binadakı sakinlər müvəqqəti olaraq yerləşdiriləcəklər”.

Son xəbərlər

Orphus sistemi