Baş nazirin müavini: “Sovetski”dəki insanları bəladan qurtara bildik”

Baş nazirin müavini: “Sovetski”dəki insanları bəladan qurtara bildik” “Sovetski”də gələn il görüləcək işlər üçün proqram hazırlanır”
Daxili siyasət
26 Sentyabr , 2017 11:34
Baş nazirin müavini: “Sovetski”dəki insanları bəladan qurtara bildik”

Bakı. 26 sentyabr. REPORT.AZ/ “Sovetski”də hazırki mərhələdə, gələn ilə qədər, yəqin ki, söküntü işləri aparılmayacaq. Gələn il üçün proqram hazırlanır. Ona görə də indidən dəqiq nəsə demək mümkün deyil”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

O bildirib ki, “Sovetksi” adlanan yerdə birinci gündən son vaxta qədər heç kim orada belə yaxşı şərait qurulmasına inanmırdı: “Çox adam düşünürdü ki, orada yeni evlər tikiləcək. Yasamaldan şəhərin mərkəzində 5 dəqiqə ərzində getmək kimsəyə inandırıcı görünmürdü. İnsanların oradakı yaşayış şəraitinə baxdıqda, onları demək olar ki, bəladan qurtara bildik. İndi həmin insanlar özləri üçün yaxşı şəraitli ev ala bildilər. Orada yaradılan şəraitin hamısı insan üçündür”.

Son xəbərlər

Orphus sistemi