Baş nazirin müavini: "İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir"

Baş nazirin müavini: "İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir" Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov bəyan edib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir.
Daxili siyasət
15 Dekabr , 2023 10:15
Baş nazirin müavini: İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir
Əli Əhmədov

Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov bəyan edib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul olunmalıdır.

“Report”un xəbərinə görə, o, bu barədə dekabrın 15-də partiyanın İdarə Heyətinin genişləndirilmiş iclasında danışıb.

“Bu gün qəbul edilən qərar təkcə YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi yox, Azərbaycan xalqının mövqeyi olacaq. İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qəbul ediləcək", - Ə.Əhmədov bildirib.

Baş nazirin müavini vurğulayıb ki, bu gün Azərbaycan dünyanın ən hörmətli dövlətlərindən biridir: “Azərbaycan İlham Əliyevin rəhbərliyi altında tarixi nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin fəaliyyəti haqqında saatlarla danışmaq olar. Azərbaycan xalqı bu gün görülən işlərin şahididir. Prezident İlham Əliyev 20 illik fəaliyyəti ilə Azərbaycan xalqının arzu-istəklərini yerinə yetirib”.

Son xəbərlər

Orphus sistemi