"Bu gün Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri haqqında daha kamil ifadələri işlədə bilirik. Çünki onun qurduğu Azərbaycan bu gün daha qüdrəti və güclü dövlət kimi beynəlxalq aləmdə öz sözünü deyə bilir".
"Report" xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bundan sonra da Azərbaycan dövləti beynəlxalq aləmdə güclü mövqeyini davam etdirəcək.
Ə.Əhmədov bildirib ki, Azərbaycan cəmiyyəti lider ola biləcək rəhbər axtarırdı:
"Bu işin də öhdəsindən məhz Heydər Əliyev gələ bilərdi. Azərbaycan xalqının taleyində rolu olan məqamlardan biri Ümummilli Liderin yenidən hakimiyyətə qayıtması idi. Qısa müddət ərzində apardığı uğurlu siyasəti nəticəsində bütün sahələrdə canlanma baş verdi. Heydər Əliyev bu xidmətləri ilə Azərbaycan xalqının qəlbində və düşüncəsində liderlik mövqeyini qoruyub saxlaya bildi".