Baş nazirin müavini: “Azərbaycanda işsizliyin səviyyəsi 5 faiz civarındadır”

Baş nazirin müavini: “Azərbaycanda işsizliyin səviyyəsi 5 faiz civarındadır” “2003-cü ildən indiyədək ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb. Azərbaycan böyük inkişaf mərhələsi yaşayıb”
Daxili siyasət
708
25 May , 2018 15:17
Baş nazirin müavini: “Azərbaycanda işsizliyin səviyyəsi 5 faiz civarındadır”
0 : 00
0 : 00

Bakı. 25 may. REPORT.AZ/ “2003-cü ildən indiyədək ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb. Azərbaycan böyük inkişaf mərhələsi yaşayıb”.

“Report”un xəbərinə görə, bunu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri, Baş nazirin müavini Əli Əhmədov komissiyanın rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək üzrə əlaqələndirmə komitəsinin rəhbərlərinin birgə iştirakı ilə müşavirəsində deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda məşğulluq dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir: “Son 15 ildə əhalimiz 1,5 milyon artıb, əhali il ərzində 1,2 faiz artır. Bu müddət ərzində xeyli iş yeri açılıb, insanların layiqli iş yerləri ilə təmin olunması üçün addımlar atılır. Ölkədə işsizliyin səviyyəsi 5 faiz civarındadır. Avropanın bəzi inkişaf etmiş dövlətlərindəki demoqrafik vəziyyət Azərbaycandan fərqlidir. Azərbaycanda əhali artır, həmin ölkələrdə isə əhali artmır, əksinə azalır”.

Onun sözlərinə görə, Azərbaycanda əhali 5 milyona yaxını əmək qabiliyyətlidir: “Ölkəmizdə əhalinin 54 faizi kəndlərdə yaşayır. Bu, çox ciddi məsələdir”.

Son xəbərlər

Orphus sistemi