Baş nazirin müavini: "Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb"

Baş nazirin müavini: "Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb" Əli Həsənov Beynəlxalq Dünya Bankının sosial inkişaf üzrə baş mütəxəssisi ilə görüşüb
Daxili siyasət
5 May , 2017 12:59
Baş nazirin müavini: Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb

Bakı. 5 may. REPORT.AZ/ Dünya Bankının sosial inkişaf üzrə baş mütəxəssisi, layihə rəhbəri Robert Vrobelin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ilə görüşüblər.

Komitədən "Report"a verilən məlumata görə, görüşdə R.Vrobel bildirib ki, səfər proqramı çərçivəsəndə Gəncə, Yevlax, Ağdam, Goranboy və Bərdə rayonlarında həyata keçirilən yeni layihələrlə tanış olublar.

Bu layihələrin ən yaxşı layihələr sırasında olduğunu deyən R.Vrobel istər məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, istər gəlirgətirmə, istərsə də gənclərə dəstək ilə bağlı həyata keçirilən işləri xüsusi qiymətləndirib.

Dünya Bankının sosial inkişaf üzrə baş mütəxəssisi həyata keçirilən layihələr çərçivəsində indiyə kimi 103-ə yaxın yataqxanalarda təmir-bərpa işlərinin aparıldığını bildirib və bu işlərin davam etdirilməsini təklif edib.

Əli Həsənov Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Bildirib ki, indiyədək Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı imzalanmış kredit sazişlərinə uyğun olaraq müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi və digər komponentlər üzrə nəzərdə tutulmuş tədbirlər uğurla və şəffaf şəkildə həyata keçirilib və bundan sonra da bu sahədə nəzarət mexanizmi daha da güclü olacaq.

Baş nazirin müavini Dünya Bankının nümayəndələrinin yeni layihə yerlərinə səfər etmələrini və həyata keçirilən işlərlə tanış olmalarını yüksək qiymətləndirib və bu səfərlərin tez tez olmasının vacibliyini vurğulayıb.

Ə.Həsənov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün Azərbaycan sürətlə inkişaf edərək dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib: "Bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin gündən-günə artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Ancaq bununla yanaşı, qaçqın və məcburi köçkün üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, infrastruktur, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməsi zərurəti qalmaqdadır".

O, məcburi köçkünlərin sosial-məişət və məşğulluq problemlərinin həllinə istiqamətlənmış səylərin gücləndirilməsi məqsədilə ölkə Prezidentinin tapşırığına əsasən Azərbaycan Hökuməti və Dünya Bankı arasında imzalanmış yeni Kredit Sazişi məcburi köçkünlərin həyatında mühüm rol oynayacağını qeyd edib.

Görüşdə Robert Vrobel həyata keçirilən layihələrlə bağlı müxtəlif suallarla müraciət edib və onları maraqlandıran məsələlərə ətraflı aydınlıq gətirilib.

Son xəbərlər

Orphus sistemi