Cərimələrdən daxil olan vəsait svetoforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək

Cərimələrdən daxil olan vəsait svetoforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək “Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslərin ödədiyi cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması qaydasında dəyişiklik edilib.
Daxili siyasət
24 Yanvar , 2025 10:22
Cərimələrdən daxil olan vəsait svetoforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək
Əli Əsədov

“Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslərin ödədiyi cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması qaydasında dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, qərarla cərimələrdən daxil olan vəsait yol hərəkətinin nizama salınmasında istifadə olunan svetoforlarla bağlı xərclərin ödənilməsinə də yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi