"Dünyada narkotiklərə qarşı mübarizə sahəsinə həsr edilən ən mötəbər tədbirlərdən biri də məhz bu konfransdır. Bugünkü tədbir narkotiklərin qanunsuz dövriyyəsi və çirkli pullarla mübarizədə beynəlxalq təcrübənin öyrənilməsinə öz töhfəsini verəcək".
"Report" xəbər verir ki, bunu baş nazir
O bildirib ki, Azərbaycan beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi sübut edib: "Bir çox əhəmiyyətli layihələrə imza atılıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmiz Amerika ilə bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq edir".
Baş nazir qeyd edib ki, Azərbaycan və ABŞ terrorizm, narkotiklərə qarşı mübarizədə birgə fəaliyyət göstərirlər: "Narkomaniya bütün dünyanı narahat edən ciddi məsələdir. Dövlət başçısı narkomaniya sahəsinə qarşı da ciddi tədbirlər görür. Bu sahədə vacib dövlət proqramları qəbul edilib, qanun layihələri daha da təkmilləşdirilib".
N.Məmmədov vurğulayıb ki, son 5 ildə ölkədə 8 ton 354 kq narkotik vasitə dövriyyədən çıxarılıb.
Baş nazir əlavə edib ki, 25 ildən çoxdur ki, Azərbaycanın