Yuxarı
    Bağlamaq

    Balakən Rayon Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilib

    Bakı. 10 may. REPORT.AZ/ Balakən Rayon Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilib. 

    Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

    Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev iştirak edib.

    Əvvəlcə şəxsi heyətlə görüşən nazir müavini daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından onları salamlayıb, ən xoş arzularını çatdırıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində son illər daxili işlər orqanlarının müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunması, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin daha da yaxşılaşıdırılması istiqamətində böyük işlər görülüb, onlarca yeni obyektlər tikilərək istismara verilib. Bütün bunlar isə ilk növbədə şəxsi heyəti vəzifə borcunun icrasına ruhlandırır.

    Nazir müavini deyib ki, Balakən Rayon Polis Şöbəsinin yeni binasının istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür. O, əmin olduğunu bildirib ki, əməkdaşlar bu ali diqqət və qayğıya, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfələrini verəcəklər.

    Daha sonra yeni tikilinin rəmzi açılışını bildirən lent kəsilib. 

    Məlumat verilib ki, inşasına ötən ilin fevralında başlanılan 4 mərtəbəli kürsülü inzibati binanın ümumi sahəsi 3200 kvadratmetrdir. Ən müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib, Növbətçi hissə, yeməkxana və digər yardımçı sahələr istifadəyə verilib, həyətdə su hovuzu tikilib. Yeni tikilidə 46 xidməti otaq, 110 yerlik akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

    Tədbir iştirakçıları növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş, virtual dərs keçirilməsi üçün nəzərdə tutulmuş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Yerinə baxıb, binanın ikinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

    Çıxış edənlər görülən işləri yüksək qiymətləndirib, Balakən RPŞ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasına görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

         

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi