Bakıya yeni hərbi prokuror təyin edilib

Bakıya yeni hərbi prokuror təyin edilib Bakıya yeni hərbi prokuror təyin edilib.
Daxili siyasət
4 İyul , 2019 10:13
Bakıya yeni hərbi prokuror təyin edilib

Bakıya yeni hərbi prokuror təyin edilib.

"Report"un məlumatına görə, bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Bakı şəhərinin hərbi prokuroru vəzifəsinə təyin olunub.

Bundan əvvəl o, Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin Təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində qulluq keçib.

Faktı Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.

Son xəbərlər

Orphus sistemi