Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə aksiya keçirilib

Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə aksiya keçirilib Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümü ilə bağlı paytaxtda həmrəylik aksiyası keçirilib.
Daxili siyasət
15 Sentyabr , 2020 10:48
Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə aksiya keçirilib

Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümü ilə bağlı paytaxtda həmrəylik aksiyası keçirilib.

“Report” xəbər verir ki, aksiya Şəhidlər Xiyabanı və Türk Şəhidliyinin qarşısında olub.

İştirakçılar aksiyada “Yaşasın İlham Əliyev”, “Yaşasın Ərdoğan”, “Qarabağ” şüarları səsləndiriblər.

Bundan əlavə, iştirakçılar Azərbaycan və Türkiyə ordularına dəstəklərini ifadə edən şüarlar səsləndiriblər.

Daha sonra aksiya iştirakçıları 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olan türk şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə əklil qoyublar.

Son xəbərlər

Orphus sistemi