Bakının icra başçısı: "Prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərmanın dünyada analoqu yoxdur"

Bakının icra başçısı: "Prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərmanın dünyada analoqu yoxdur" Bakı. 2 mart. REPORT.AZ/ Son günlər Prezident İlham Əliyev ölkədə sosial rifahın yaxşılaşdırrılması ilə bağlı bir sıra qərarlar verib. Bu qərarların dünyada analoqu yoxdur.
Daxili siyasət
115
2 Mart , 2019 11:14
Bakının icra başçısı: Prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərmanın dünyada analoqu yoxdur

Bakı. 2 mart. REPORT.AZ/ "Son günlər Prezident İlham Əliyev ölkədə sosial rifahın yaxşılaşdırrılması ilə bağlı bir sıra qərarlar verib. Bu qərarların dünyada analoqu yoxdur".

"Report" xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, həmin qərarlardan biri də Prezidentin imzaladığı problemli kreditlərin həlli ilə bağlı fərmandır: "Bu, adi məsələ deyil. Birincisi, bu onu göstərir ki, Azərbaycan dövləti iqtisadi baxımdan qüdrətli ölkə kimi formalaşıb və bu cür qərarlar verməyə qadirdir. Ölkə inkişaf edir, sabitlik hökm sürür. Nəzərə alsaq ki, biz Qafqazda, müharibə şəraitində yaşayırıq, bu qərar tarixi nailiyyət və cənab Prezidentin siyasətinin nəticəsidir. Çünki Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakteri daşıyır".

Son xəbərlər

Orphus sistemi