Ceyhun Bayramov: "Bakının azad olunması Azərbaycan və Türkiyə qardaşlığını əks etdirir"

Ceyhun Bayramov: "Bakının azad olunması Azərbaycan və Türkiyə qardaşlığını əks etdirir" "15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan və Türkiyənin tarixə dayanan qardaşlığını, birliyini, çətin gündə dəstəyini əks etdirən özəl bir gündür".
Daxili siyasət
15 Sentyabr , 2021 11:56
Ceyhun Bayramov: Bakının azad olunması Azərbaycan və Türkiyə qardaşlığını əks etdirir

"15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan və Türkiyənin tarixə dayanan qardaşlığını, birliyini, çətin gündə dəstəyini əks etdirən özəl bir gündür".

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov tvittter hesabında paylaşımında bildirib.

Nazir şəhidləri dərin hörmətlə andıqlarını da qeyd edib.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. Azərbaycan paytaxtının azadlığından 103 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Son xəbərlər

Orphus sistemi