Bakının 8-ci Kilometr qəsəbəsində çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib

Bakının 8-ci Kilometr qəsəbəsində çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib Azərbaycan Prezidenti İlham Əliyev dayanacağın rəmzi açılışını bildirən lenti kəsib
Daxili siyasət
4 May , 2016 16:57
Bakının 8-ci Kilometr qəsəbəsində çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib

Bakı. 4 may. REPORT.AZ/ Mayın 4-də Bakının 8-ci Kilometr qəsəbəsindəki Qara Qarayev prospekti ilə Naxçıvani küçələrinin kəsişməsində inşa olunan çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev dayanacağın rəmzi açılışını bildirən lenti kəsib.

Avtodayanacaqla tanış olan dövlətimizin başçısı İlham Əliyevə məlumat verildi ki, ümumi sahəsi 16 min 286 kvadratmetr olan avtodayanacağın yuxarı mərtəbəsi restoran kimi fəaliyyət göstərəcək. Buradan Heydər bağına gözəl mənzərə açılır. Bildirildi ki, dayanacaqda 391 avtomobili eyni vaxtda parklamaq mümkündür. Avtodayanacaq naviqasiya, avtomat yanğınsöndürmə sistemləri ilə təchiz olunub.

Paytaxtın 8-ci Kilometr qəsəbəsinin ən qaynar və hərəkətin intensiv olduğu ərazisində tikilən avtodayanacaq yol kənarlarının boşalmasına geniş imkan yaradacaq. Bununla da ərazidə avtomobil tıxacları aradan qaldırılacaq.

Son xəbərlər

Orphus sistemi