Bir neçə gün əvvəl Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin Wittur Holding GMBH şirkəti ilə razılaşdırdığı qrafikə uyğun yeni liftlərin növbəti hissəsi Bakıya gətirilərək alinan liftlərin sayı 145-ə çatdırılıb.
Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
Xaricdən göndərilmış liftlər və digər avadanlıq Bakıda tələb olunan kömrük prosedurlarını keçərək “Lifttəmir” İstehsalat Birliyinin əməkdaşlarına təhvil verilib.
İlkin mərhələdə gətirilən bu liftlər qısa vaxt ərzində həm pilot rayon kimi seçilmiş Nizami rayonunda, eləcə də Qaradağ rayonundakı çoxmərtəbəli binalarda quraşdırılır. Hazırda Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında yeni liftlərin quraşdırılması başa çatmış və burada quraşdırılmış liftlərin
Yeni liftər müasir elektron sistemlə təchiz olunmuş, elektrik xətlərində açılma zamanı YPS sistemi movcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur. Eyni zamanda 542 ədəd lift üçün bir məntəqədən idarəetmə dispetçer sistemi qurulacaq və liftlərin göstəriciləri daim nəzarətdə olacaq. Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlibası ilə işarələnmişdir. Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin 450 kq, sürətinin 1,0 metr/saniyə olmasıdır. Sovet dönəminin liftlərində isə bu texniki göstəricilər 320 kq və 0,71 metr/saniyə idi.
Bildirilib ki, Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcək. İlin sonuna kimi gətiriləcək bütün liftlərin quraşdırılması nəzərdə tutulub. "Bağlanan müqavilələr və görülən işlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət olunur", - deyə İcra Hakimiyyətindən bildirilib.
Xatırladaq ki, Prezident







