Bakıda yaşayan Naxçıvan sakinlərinin diqqətinə

Bakıda yaşayan Naxçıvan sakinlərinin diqqətinə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Daxili siyasət
384
16 İyun , 2021 17:51
Bakıda yaşayan Naxçıvan sakinlərinin diqqətinə

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda 2021-ci il 1 iyul tarixindən etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatında olan sakinlərə istifadə müddəti bitmiş, itirilmiş, yaxud da istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhəri, Rəşid Behbudov küçəsi 130 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yenisi ilə əvəzlənməsinə başlanılacağı qeyd edilir.

Bildirilir ki, şəxsiyyət vəsiqələrinin verilməsi, ilkin mərhələdə 2021-ci il 31 iyul tarixinədək davam etdiriləcək.

Əlaqə tel: (012) 590-64-43, 590-64-31

Son xəbərlər

Orphus sistemi