Bakıda “Vəkillikdə qadınlar: dünən, bu gün və sabah” mövzusunda tədbir keçirilib

Bakıda “Vəkillikdə qadınlar: dünən, bu gün və sabah” mövzusunda tədbir keçirilib 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Vəkillər Kollegiyasının (VK) təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə “Vəkillikdə qadınlar: dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa təşkil edilib.
Daxili siyasət
3 mart 2022 07:29
Bakıda “Vəkillikdə qadınlar: dünən, bu gün və sabah” mövzusunda tədbir keçirilib

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Vəkillər Kollegiyasının (VK) təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə “Vəkillikdə qadınlar: dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa təşkil edilib.

"Report" xəbər verir ki, tədbir VK-nın sədri Anar Bağırov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Kollegiyanın rəhbərliyi və 50-dən çox qadın vəkilin iştirakı ilə baş tutub.

Dəyirmi masanın əsas məqsədi qadın vəkillərin cəmiyyətdə rolu, həssas qrupların hüquqi yardıma çatımlılığı, məişət zorakılığı qurbanlarının müdafiəsində qadın vəkillərin rolu, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsində qadın vəkillərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması və qeyd edilən sahələrdə Kollegiya və Dövlət Komitəsinin əməkdaşlıq imkanlarının müzakirə edilməsidir.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri B.Muradova Komitəyə daxil olan sorğularla bağlı işlərdə qadın vəkillərin fəaliyyətinin önəmindən bəhs edib.

Bundan əlavə, B.Muradova “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında", “Azərbaycan qadınlarının təltif edilməsi haqqında”, o cümlədən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” sərəncamlarının və bu sahədə fəaliyyətin səmərəli təşkilinə töhfə verən bir sıra digər sənədləri xüsusi qeyd edib.

Daha sonra, VK-nın sədri A.Bağırov tədbirin Azərbaycan vəkilliyi üçün əhəmiyyətini vurğulayaraq, vəkillikdə gender balansının təmin edilməsinin vacibliyindən, bu sahədə görülmüş layihələrdən, qadın vəkillərin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılmasının zərurətindən, Komitə tərəfindən Kollegiyaya daxil olan sorğuların xüsusi həssaslıqla araşdırılmasından söz açıb.

Tədbirdə VK-nın üzvləri qadın vəkillərin fəaliyyətlərində qarşılaşdığı çətinliklər və onların həlli yolları, müasir dövrdə qadın vəkillərin İKT-dən istifadəsi, o cümlədən qadın vəkillərin təşkilatlanması və birgə fəaliyyəti mövzusunda təqdimatla çıxış ediblər.

Sonda tədbir iştirakçılarına Şuşa şəhərində anadan olmuş türk dünyasının ilk qadın vəkili olan Sürəyya Ağaoğlunun xatirələrinə həsr olunan və Azərbaycanda dərc edilən “Bir ömür belə keçdi” adlı kitab hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi