Bakıda Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasına həsr olunan tədbir keçirilib

Bakıda Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasına həsr olunan tədbir keçirilib Yunus Əmrə İnstitutunda "15 iyul şəhidlərinin anım, demokratiya və milli birlik günü" mövzusunda tədbir keçirilib.
Daxili siyasət
15 iyul 2022 11:13
Bakıda Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasına həsr olunan tədbir keçirilib

Yunus Əmrə İnstitutunda "15 iyul şəhidlərinin anım, demokratiya və milli birlik günü" mövzusunda tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbir 2016-cı ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasına həsr olunub.

Mərasimdə Türkiyə və Azərbaycan hökumət nümayəndələri, Türkiyə səfirliyinin əməkdaşları, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirin əvvəlində çevrilişə cəhdin qarşısını alarkən şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin Dövlət Himni oxunub.

Daha sonra hadisələrin görüntülərindən ibarət videoçarx nümayiş olunub.

Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Barış Sayğın çevriliş cəhdi barədə ətraflı məlumat verib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, həm 15 iyul, həm də 27 sentyabrda Azərbaycan və Türkiyə xalqı öz niyyətini göstərdi: "Hər iki xalq eyni tarixi köklərdən gəldiyimizi sübut etdilər. Bizim vətəni şanlı edən qəhrəmanlardır. Onların sayəsində tarixi bir dövlət olduğumuzu sübut etmişik. Bizim millət sağlam və böyükdür".

Sonda hadisələr zamanı çəkilən fotolardan ibarət sərgi nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi