Yuxarı

Bakıda radikalizmlə mübarizə çərçivəsində tədbir keçirilib

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov iştirak edib

Bakı. 1 iyul. REPORT.AZ/ Bakıda “Dini radikalizm və onun təzahür formaları” mövzusunda tədbir keçirilib. 

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 1-də Daxili İşlər Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış "Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə Daxili Qoşunların şəxsi heyətinin maarifləndirilməsi istiqamətində birgə işin təşkilinə dair Tədbirlər Planı"na uyğun olaraq Daxili Qoşunların Bakı şəhərində yerləşən N saylı hərbi hissəsində görüş keçirilib. “Dini radikalizm və onun təzahür formaları” mövzusunda keçirilən görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov iştirak edib.

Dövlət Komitənin sədr müavini S.Heydərov çıxış edərək ölkədəki mövcud dini vəziyyət, dövlətin dini etiqad azadlığının təminatı üzrə gördüyü işlər, ölkəmizdə radikalizm meyillərinin yaranması və bununla əlaqədar mövcud tendensiyalar, bu meyillərin yayılmasında maraqlı olan qüvvələr haqqında məlumat verib. Görüşdə həmçinin radikalizmə meyilli şəxslərin fəaliyyət istiqamətləri, metodları, həvəsləndirici və s. vasitələr, eləcə də dini ekstremizmə qarşı keçirilən maarifləndirmə və koordinasiya işinin təşkili üzrə kompleks tədbirlər barədə iştirakçılara məlumat verilib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi