Yuxarı
    Bağlamaq

    Bakıda Qulam Yəhya Danişianın 110 illik yubileyi ilə bağlı tədbir keçirilib

    Adilə Çernikbülənd: Qulam Yəhya istər inqilab ərəfəsində, istərsə də Milli Hökumətin yaranmasında fədakarlıq göstərib

    Bakı. 12 oktyabr. REPORT.AZ/ “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə "21 Azər" hərəkatının rəhbərlərindən biri olan general Qulam Yəhya Danişianın 110 illik yubileyi ilə bağlı tədbir keçirilib.

    “Report”un məlumatına görə, Azərbaycan Mətbuat Şurasının icra katibi Rəhim Hüseynzadə deyib ki, Qulam Yəhya Danişianın böyük xidmətləri olub: "Onun Azərbaycan Demokrat Firqəsinin yaranmasında, inkişafında, varlığının qorunub saxlanılmasında xüsusi rolu var. Qulam Yəhya ömrünün sonuna qədər çalışıb, xidmət edib. Onun rahatlığı olmayıb, hər zaman işləyib. İşgənclərlə üzləşib, məşəqqətlərə dözüb. O, sözün həqiqi mənasında böyük ürək sahibi olub”.

    Azərbaycan Tibb Universitetinin müəllimi, İranlı Mühacirlər Cəmiyyəti İdarə Heyətinin üzvü Adilə Çernikbülənd Qulam Yəhya Danişianın xidmətlərindən bəhs edib: "Qulam Yəhya istər inqilab ərəfəsində, istərsə də Milli Hökumətin yaranmasında fədakarlıq göstərib. Onun apardığı elə mötəbər tədbir olmazdı ki, qadınlardan, onlara qayğıdan, cəmiyyətdəki rolunun, aktivliyinin artırılmasından söhbət açılmasın. Günüral özü yenilməzlik rəmzi idi. İntellektual, hazırcavab insan olub. Ətrafındakı hər bir insana köməklik edib”.

    Daha sonra general Qulam Yəhya Danişianın oğlu Bəhrəm Danişiana diplom və mükafatlar təqdim olunub.

    Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi