Yuxarı

Bakıda QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib

Müsabiqəyə 10 istiqamət üzrə 56 mövzunun təqdim edildiyi bildirilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası QHT-lər üçün məlumatlandırma sessiyası keçirib. Bu barədə "Report"a Şuranın mətbuat xidmətindən məlumat verilib. 

2016-cı ilin birinci qrant müsabiqəsi ilə bağlı keçirilən sessiyada Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək müsabiqəyə 10 istiqamət üzrə 56 mövzunun təqdim edildiyini bildirib. İcraçı direktor həmçinin, müsabiqənin şərt və qaydaları ilə bağlı sessiya iştirakçılarına ətraflı məlumat verib. 

F.Qurbanov QHT-ləri daha effektiv və cəmiyyət üçün aktual mövzularda layihə təklifləri ilə çıxış etməyə çağırıb. Sessiyanın sonunda QHT nümayəndələrinin sualları cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi