Bakı. 11 mart. REPORT.AZ/ Martın 11-də Azərbaycan prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Pakistan prezidenti Məmnun Hüseynin şərəfinə ziyafət verilib.
"Report" xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Pakistan prezidentinin xanımı Bequm Sahiba ziyafətdə iştirak ediblər.
Qeyd edək ki, ziyafətdən əvvəl iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Pakistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.