Bakıda mədəni irsin qorunmasına dair beynəlxalq konfrans keçirilib

Bakıda mədəni irsin qorunmasına dair beynəlxalq konfrans keçirilib Bakıda Fantazia Mədəni İrs Festivalı çərçivəsində mədəni irsin qorunmasına dair beynəlxalq konfrans keçirilib.
Daxili siyasət
1 Noyabr , 2019 19:43
Bakıda mədəni irsin qorunmasına dair beynəlxalq konfrans keçirilib

Bakıda "Fantazia" Mədəni İrs Festivalı çərçivəsində mədəni irsin qorunmasına dair beynəlxalq konfrans keçirilib.

"Report" xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi tədbirdə həm yerli, həm də xarici ekspertlər iştirak ediblər.

Konfransda həmçinin Avropa Mədəni İrsinin Təbliği və Mühafizəsi üzrə Assosiasiyaların Ümumavropa Federasiyasının (Europa Nostra) vitse-prezidenti Pyet Caspart (Piet Jaspaert) da iştirak edib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas çıxışında bu gün mədəni irsin qorunmasının ölkə üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

"Qorunan şeyləri qorumaq üçün heç vaxt gec deyil. Bakıda müxtəlif tarixi abidələrin necə bərpa edildiyini görürük, lakin hələ də diqqətə ehtiyacı olan tikililər var", - o deyib.

Öz növbəsində, Fransanın Azərbaycandakı səfiri Zaxari Qross həm dövlət qurumlarının, həm də digər maraqlı tərəflərin mədəni irsin qorunmasında maraqlı olmasının vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində həmçinin memarlıq üzrə ekspertlərin təqdimatları da keçirilib.

Qeyd edək ki, 2-ci "Fantazia" Mədəni İrs Festivalı noyabrın 1-dən 15-dək Azərbaycanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi