Bakıda İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirməsi mövzusunda konfrans keçirilib

Bakıda İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirməsi mövzusunda konfrans keçirilib "İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçiriləcək"
Daxili siyasət
20 Aprel , 2017 12:23
Bakıda İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirməsi mövzusunda konfrans keçirilib

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəliyi Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda konfrans keçirilib.

“Report”un xəbərinə görə, çıxış edən MŞ sədri Əflatun Amaşov deyib ki, İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi təsadüfi deyil.

O qeyd edib ki, Azərbaycan İslam ölkəsidir, ölkə ərazisində islam dəyərlərini özündə əks etdirən mədəniyyət abidələri var: “Azərbaycan tolerant ölkədir. Ölkədə ayrı-ayrı dinlərə mənsub insanlar da sərbəst şəkildə yaşayırlar. Ölkədə 2 mindən çox məscid fəaliyyət göstərir. Hesab edirik ki, İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçiriləcək”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev vurğulayıb ki, Azərbaycanın bu cür Oyunları təşkiletmə təcrübəsi var: “Avropa Oyunlarının keçirilməsi bir sınaq idi, Azərbaycan bu sınaqdan çıxa bildi. Qarşıda İslam Həmrəyliyi Oyunları baş tutacaq. Bu məsələ Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Azərbaycan bu oyunlara hazırdır. Avropa Oyunlarında könüllülər peşəkarlıq nümayiş etdiriblər. Könüllülərlə iş aparılır. Çünki ölkəyə gələn əcnəbilərə dolğun məlumatlar verilməlidir, onların sualları cavablandırılmalıdır. Bu cür oyunlar ölkənin tanıdılmasına xidmət edir”.

Azərbaycan Prezident Administrasıyanını məsul işçisi Bəhruz Həsənov İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb. O bildirib ki, İslam dini ilə bağlı həmrəyliyə ehtiyac var, Azərbaycan bu istiqamətdə işini davam etdirir.

Daha sonra Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev təmsil etdiyi qurumun bu istiqamətdə gördüyü işlərlə bağlı məlumat verib.

Tədbir çıxışlarla davam etdirilib.

Son xəbərlər

Orphus sistemi