Bakıda hüquqi şəxslərin cinayət məsuliyyəti mövzusunda simpozium keçirilib

Bakıda hüquqi şəxslərin cinayət məsuliyyəti mövzusunda simpozium keçirilib Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda Avropa İttifaqı ilə birlikdə həyata keçirilən “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində “hüquqi şəxslərin cinayət məsuliyyəti” mövzusunda simpozium keçirilib.
Daxili siyasət
1 Dekabr , 2017 20:46
Bakıda hüquqi şəxslərin cinayət məsuliyyəti mövzusunda simpozium keçirilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda Avropa İttifaqı ilə birlikdə həyata keçirilən “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində “hüquqi şəxslərin cinayət məsuliyyəti” mövzusunda simpozium keçirilib.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. 

Azərbaycan Baş Prokurorluğunun əməkdaşları, birinci və apellyasiya instansiyaları məhkəmələrinin hakimlərinin qatıldığı tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov çıxış edərək korrupsiyaya qarşı mübarizənin ölkəmizdə dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulayaraq bu mübarizənin güclü siyasi iradəyə əsaslandığını xüsusi qeyd edib, həmin sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Baş İdarənin Daxili təhlükəsizlik şöbəsinin rəisi Vüqar Quliyev təqdimatla çıxış edərək layihə çərçivəsində hüquqi şəxslərin cinayət məsuliyyəti mexanizminin xüsusiyyətlərinin öyrənilməsi məqsədi ilə Niderland Krallığına nəzərdə tutulan tanışlıq səfəri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Simpoziumda Avropa Şurasının ekspertləri hüquqi şəxslər tərəfindən törədilən korrupsiya cinayətlərinə qarşı mübarizənin aspektləri, bu kateqoriyadan olan cinayətlərlə mübarizə sahəsində müsbət təcrübə, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının hüquqi və praktiki tərəfləri barədə təqdimatlar keçirmiş, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi