Yuxarı

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakıda gül bayramı keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev gül bayramında iştirak edir

Bakı. 10 may. REPORT. AZ/ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev sarayının qarşısındakı parkda gül bayramı keçirilir. "Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri gül bayramında iştirak edirlər.

Parkda H.Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə güllərdən abidə bəzədilib. Parkda müxtəlif çiçəklərdən gül xalıları, maraqlı kompozisiyalar yığılıb. Bunların arasında Azərbaycanın xəritəsi, paytaxtın rəmzi olan Qız qalası və Bakı 2015 Avropa Oyunlarına ev sahibliyi edəcəyimizi bildirən kompozisiya da var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi