Bakıda “Əl işi sənətində kreativliyin artırılması” mövzusunda seminar başlayıb

Bakıda “Əl işi sənətində kreativliyin artırılması” mövzusunda seminar başlayıb Bakıda “Əl işi sənətində kreativliyin artırılması” mövzusunda üç günlük seminara start verilib.
Daxili siyasət
16 Mart , 2022 18:09
Bakıda “Əl işi sənətində kreativliyin artırılması” mövzusunda seminar başlayıb

Bakıda “Əl işi sənətində kreativliyin artırılması” mövzusunda üç günlük seminara start verilib.

"Report" xəbər verir ki, tədbir “Gender Hub Azerbaijan” sosial platforması və xeyriyyə məqsədləri ilə fəaliyyət göstərən “Baku Corner” ədalətli ticarət konsepsiyasının birgə əməkdaşlığı çərçivəsində baş tutub.

Məqsəd əl işi sənəti ilə məşğul olan qadınların çağdaş dəblə tanış olmalarını təmin etməklə onların daha geniş alıcı kütləsinə çıxış əldə etmələrinə, bununla da iqtisadi gücləndirilmələrinə dəstək olmaqdır.

Həyat kouçu və kinesioloq Erk Senmanın moderatorluğu ilə həyata keçirilən seminarın ilk günündə gündəlik həyatda mövcud dəb ideyaları, onların daha estetik təzahür yolları, kreativ əl işi sənətinin yaradılmasında əsas diqqət olunmalı məqamlara toxunulub.

Seminar martın 17-18-də davam edəcək.

Son xəbərlər

Orphus sistemi