Yuxarı

Bakıda dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir

Müşavirədə Zeynal Nağdəliyev, Rüsyəm Usubov, Məzahir Pənahov və başqaları iştirak edir

Bakı. 18 avqust. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasında sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsi ilə (referendum) bağlı dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir.

“Report”un xəbərinə görə, tədbir dairə seçki komissiyalarının sədrlərinin maarifləndirilməsi məqsədi ilə təşkil olunub.

Müşavirədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Ədliyyə nazirinin müavini Azər Cəfərov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Daxili işlər nazirinin müavini Oruc Zalov və Bakı şəhəri üzrə dairə seçki komissiyalarının sədrləri iştirak edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi