Yuxarı
    Bağlamaq

    Bakıda “Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans keçirilib

    “Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin inkişaf etməsində maraqlıdır”© Report.az

    Bakı. 1 may. REPORT.AZ/ Bakıda Dayanıqlı İnkişaf Məqsədləri Proqramı çərçivəsində “Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans keçirilib.

    “Report”un xəbərinə görə, çıxış edən Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müqavini Əli Əhmədov bu istiqamətdə Azərbaycanda işlərlə bağlı məlumat verib. O bildirib ki, ölkə iqtisadiyyatı 3.5 dəfə artıb, əhalinin yaşam tərzi yaxşılaşıb. Ə.Əhmədov bu istiqamətdə tədbirlərin davam etdirildiyini qeyd edib.

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib ki, insan hüquqları faktoru inkişafın özülündə dayanır: “Azərbaycanda bu istiqamətdə işlər aparılır. Ölkəmiz bir neçə beynəlxalq konvensiyaya qoşulub”.

    E.Süleymanova qeyd edib ki, vətəndaş cəmiyyəti ilə birgə Azərbaycanın 57 rayonunda monitorinqlər keçirilib: “Bu da insan hüquqları məsələsində həm müsbət, həm də mənfi çalarları üzə çıxarıb. İnsan potensialını səfərbər edərək, iş görülməlidir”.

    Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə çıxışında deyib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutu inkişaf edib.

    O qeyd edib ki, bu cür proqramların həyata keçirilməsi çox vacibdir: “Bu, çox çətin məsələdir. Burada hökumətin qarşısında çox ciddi hədəflər var. Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin inkişaf etməsində maraqlıdır. Hesab edirəm ki, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı işlər bundan sonra da inkişaf etdiriləcək”.

    Tədbir çıxışlarla davam etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi